Mart 14, 2019 10:18 Asia/Baku
  • Əfqanıstan prezidenti Bakıya gəlib

Əfqanıstan prezidenti Dünya Bankının iclasında iştirak etmək üçün bu gün səhər Bakıya daxil olub.

Əşrəf Qəni bu iclasın kənarında Azərbaycan Respublikasının bəzi yüksək vəzifəli rəsmiləri ilə görüşərək, onlarla qarşılıqlı münasibətlərin genişləndirilməsi, iki tərəfi maraqlandıran məsələlər və Əfqanıstan sülh prosesi barədə müzakirə etmək fikrindədir.

Həmçinin iki ölkə texnologiya, mədəniyyət və dəmiryolu daxil olmaqla müxtəlif sektorlarda bir neçə memorandum imzalamalıdır.