Mart 14, 2019 20:48 Asia/Baku
  • İranın iqtisadiyyat nazirinin Bakı görüşləri davam edir

Bakıda rəsmi səfərdə olan İranın iqtisadiyyat və maliyyə nazirinin Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, mərkəzi bankının direktoru və dəmiryolunun rəisi ilə görüşlərində iki ölkə arasında əməkdaşlıqların genişləndirilməsi yolları araşdırılıb.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, Fərhad Dejpəsənd Azərbaycanın kənd təsərrüfatı naziri İman Kərimov ilə görüşündə, davarın karnatin edilməsi, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatında təcrübə mübadiləsi, bu sahədə mövcud razılıqların konkretləşdirilməsi, gülxana və təsərrüfat kompleksləri sahəsində əməkdaşlıq kimi mövzular müzakirə edilib.

İranlı nazir bu gün Azərbaycan Respublikasının mərkəzi bankının rəhbəri Elman Rüstəmov ilə də görüüşb. Görüşdə iki ölkə arasında bank, sığorta, maliyyə məsələləri müzakirə edilib.

Dejpəsənd Azərbaycan Respublikası dəmiryolu idarəsinin rəhbəri Cavid Qurbanov ilə görüşündə isə şimal-cənub dəmiryolu dəhlizi layihəsinin təkmilləşdirilməsi və dəmiryolu əməkdaşlıqlarının genişləndirilməsi mövzuları araşdırılıb.

Bakıda rəsmi səfərdə olan İİR iqtisadiyyat və maliyyə naziri sabah da rəsmi görüşlərini davam etdirəcək.