May 11, 2019 12:17 Asia/Baku
  • Xələf Xələfov
    Xələf Xələfov

"Azərbaycan-Gürcüstan sərhədində yerləşən Keşikçidağla bağlı məsələ dövlətlərarası danışıqlar çərçivəsində həll edilməlidir". Bunu Azərbaycan Respublikasənən xarici işlər nazirinin müavini deyib.

ONA-nın xəbərinə görə, Xələf Xələfov bildirib ki, Gürcüstanla dövlət sərhədinin delimitasiyası ilə 1996-cı ildən məşğul olunur: "Bu dövr ərzində daim danışıqlar aparılıb. Gürcüstanla sərhədin üçdə iki hissəsi delimitasiya edilib, üçdə bir hissəsində isə hələlik delimitasiya prosesi başa çatmayıb. Bu məsələlər ictimai müzakirə məsələləri deyil. Belə məsələlər kiminsə tarixi, yaxud dini fikir söyləməsindən asılı deyil. Məsələ ancaq hüquqi müstəvidə çözülə bilər”.

X.Xələfov deyib ki, Azərbaycan və Gürcüstan 100 ildən artıqdır bu sərhədlər çərçivəsində yaşayır.