İyun 21, 2019 08:58 Asia/Baku
  • Azərbaycan R-nın nazirlər kabinetində dəyişiklik

Azərbaycan Respublikasının prezidenti bu ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəisini və yeni daxili işlər nazirini təyin edib.

İlham Əliyev bir hökmdə daxili işlər naziri Ramil Usubovu vəzifəsindən azad edərək, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edib. Daxili işlər nazirinin keçmiş birinci müavini Vilayət Eyvazovu nazir vəzifəsinə qoyub.

Azərbaycan Respublikasının prezidenti həmçinin digər hökmlərdə korrupsiya ilə mübarizə idarəsinin rəisi Əli Nağıyevi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, keçmişdə bu vəzifəni daşıyan Mədət Quliyevi isə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edibdir.