Avq 15, 2019 15:21 Asia/Baku
  • Dəniz kuboku üzrə hərbi yarışlar başa çatdı

Dəniz kuboku üzrə beşinci hərbi yarışlar Azərbaycan Respublikasının çempionluğu ilə başa çatıb.

Rusiya, İran İslam Respublikası, Azərbaycan Respublikası və Qazaxıstanın iştirakı və Azərbaycan Respublikasının ev sahibliyi ilə on gün müddətinə Xəzər dənizi sularında keçirilən dəniz kuboku üzrə beşinci hərbi yarışlarda Azərbaycan Respublikası 212 xalla birinci, Rusiya 186 xalla ikinci, Qazaxıstan 142 xalla üçüncü, İran İslam Respublikası isə 136 xalla dördüncü olubdur.

İran İslam Respublikası bu yarışlarda "Coşən" və "Peykan" tipli raketatan kreyserlərlə iştirak etmişdi.

Bu gün səhər yarışlarda iştirak edən qüvvələrin və Azərbaycan Respublikasının hərbi rəsmilərindən bir qrupunun iştirakı ilə keçirilən bağlanış və qalib komandaların mükafatlandırılmaları mərasimində Azərbaycan Respublikası ordusunun baş qərargah rəisinin müavini Nizam Osmanov bu yarışların şəffaf atmosferdə və ali səviyyədə keçirilməsinə işarə edərək, deyib: Bu yarışların keçirilməsi iştirakçı ölkələr arasında dostluq və etimadın güclənməsi, hərbi həmkarlıqların genişlənməsi və təcrübə mübadiləsinə səbəb olacaq.

Bağlanış mərasiminin başlanmasından öncə bu yarışlarda iştirak edən ölkələrdən göndərilmiş komandalardan hər birinin başçısının iştirakı ilə mətbuat konfransı keçirildi. Bu mətbuat konfransında İrandan dəniz kuboku üzrə beynəlxalq yarışlara göndərilmiş komandanın başçısı və məsul şəxsi birinci dərəcəli kapitan Hoseyn Həsəni deyib: Bu yarışlar beşinci dəfə xəzəryanı ölkələri bir yerə topladı ki, öz bilikləri, ixtisasları və məharətlərini bölüşmüş olsunlar.

O, hərbi yarışların hərbi diplomatiyanın və sahilyanı ölkələrin həmkarlıq səviyyəsinin yüksəlişindəki rolunu vurğulayaraq, əlavə edib: Bu yarışların mesajı budur ki, Xəzərin təhlükəsizliyi yanız və yalnız bu dəniz ətrafında yerləşən ölkələrin iştirakı ilə və əcnəbilərin iştirakı olmadan mümkündür.

Azərbaycan Respublikası dəniz qoşunları komandanının müavini Sübhan Bəkirov da bu mətbuat konfransında yarışların əsas qalibini iştirakçı ölkələr arasında dostluq adlandırıb və belə əlavə edib: Bu yarışlarda biz səmimi bir atmosferdə terrorizm və Xəzərdəki digər təhdidlərlə mübarizə tərzini məşq etdik.

Dəniz kuboku yarışları Rusiyanın mehvərliliyi və otuz ölkənin iştirakı ilə 32 növdə və on ölkədə keçirilən beynəlxalq yarışlar çərçivəsində Azərbaycan Respublikasının ev sahibliyi ilə təşkil edilibdir.