Sen 05, 2019 11:43 Asia/Baku
  • Patruşev Usubov ilə görüşüb
    Patruşev Usubov ilə görüşüb

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıda azərbaycanlı həmkarı Ramil Usubovla görüşüb. Tərəflər terror və ekstremizmlə mübarizə sahəsində əməkdaşlığı nəzərdən keçiriblər.

Nikolay Patruşev dünən Ramil Usubovla görüşdə ümidvarlıq edib ki, səmimi Bakı-Moskva əməkdaşlığı hüquq-mühafizə və təhlükəsizlik orqanları, həmçinin təhlükəsizlik şuraları vasitəsilə genişlənəcək.

Rusiya Təhlükəsizlik Şurasının katibi iqtisadi və mədəni həmkarlıqlar səviyyəsindən razılıq edərək, Rusiya-Azərbaycan Respublikası sərhədində birgə infrastruktur layihələrin reallaşmasının və hərbi-texniki əməkdaşlığın sonrakı inkişafının əhəmiyyətini vurğulayıb.

Çərşənbə axşamı günü Bakıya ikigünlük səfərə gələn Patruşev Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə də görüşübdür.