Sen 06, 2019 19:40 Asia/Baku
  • Azərbaycan R.-Türkiyə-Gürcüstan birgə manevri

Türkiyə, Gürcüstan və Azərbaycan Respublikası qüvvələrinin birgə manevri bu ölkə ərazisində keçirilib.

Azərbaycan Respublikasının müdafiə nazirliyi bu gün bildirib ki, dünən başa çatmış bu 4 günlük birgə manevrdə məqsəd, müştərək iqtisadi layihələrin təhlükəsizliyinin təminində bu üç ölkənin qüvvələrinin döyüş qabiliyyətlərinin artırılması olubdur.

Belə bir halda, bildirilibdir ki, sentyabrın ikisində başlanmış Azərbaycan Respublikası və Türkiyənin hava qüvvələrinin təlim-məşqləri iki ölkənin otuz qırıcısı və hərbi vertolyotundan istifadə ilə sentyabrın 16-dək davam edəcək.

Pakistanın hava qüvvələrinin nümayəndələri Azərbaycan Respublikası və Türkiyənin hava qüvvələrinin təlim-məşqlərində nəzarətçi kimi iştirak edirlər.

Teqlər