Okt 03, 2019 21:45 Asia/Baku
  • Moskva-Bakı ticarət əlaqələrinin inkişafı vurğulanıb
    Moskva-Bakı ticarət əlaqələrinin inkişafı vurğulanıb

Azərbaycan Respublikası və Rusiya prezidentləri Soçi şəhərində görüşüblər. İkitərəfli əlaqələrin yüksək səviyyəsindən və qarşılıqlı ticari-iqtisadi münasibətlərin pozitiv prosesindən razılıq edən prezidentlər bu əlaqələrin inkişafına təkid ediblər.

Görüşdə Vladimir Putin əlaqələrin uğurlu inkişafına və qarşılıqlı ticari-iqtisadi mübadilələrin artmasına toxunub. O, deyib: Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2,5 milyard dollara çatıb və bu sahədə qarşımızda yaxşı perspektivlər durur.

İlham Əliyev də rusiyalı həmkarı ilə son ikitərəfli görüşlərinə işarə edib. Bildirib ki, bu görüşlər ikitərəfli strateji münasibətlərin yüksəlişində mühüm rol oynayır.