Okt 10, 2019 11:32 Asia/Baku
  • Kontr-admiral Xanzadi Rusiya və Azərbaycan Respublikası dəniz qüvvələrinin komandanları ilə məşvərət edib
    Kontr-admiral Xanzadi Rusiya və Azərbaycan Respublikası dəniz qüvvələrinin komandanları ilə məşvərət edib

İran İslam Respublikası Hərbi Dəniz Qoşunlarının komandanı kontr-admiral Hoseyn Xanzadi çərşənbə günü Rusiyanın Sankt-Peterburq şəhərində xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələrinin dördüncü iclası çərçivəsində Azərbaycan Respublikası və Rusiya hərbi dəniz qüvvələrinin komandanları ilə ayrıca görüşərək, məşvərət edibdir.

Xəzər dənizində hərbi əməkdaşlığın inkişafı, texniki və ixtisaslaşmış təcrübə mübadiləsi, Xəzər dənizində narkotik ticarəti və təlükəli amillərlə mübarizə üçün inteqrasiya və dəniz yardımı müzakirə predmetləri olubdur.

Kontr-admiral Xanzadi Rusiya hərbi dəniz qoşunlarının komandanı ilə görüşdə yaxın zamanda Hind okeanı və Oman dənizi sularında keçiriləcək İran-Rusiya birgə dəniz manevri barədə söhbət edib.
İran Hərbi Dəniz Qoşunlarının komandanı xəzəryanı ölkələrin dəniz qüvvələri komandirlərinin dördüncü iclasında iştirak etmək üçün çərşənbə axşamı Sankt-Peterburqa gəlib.