Okt 20, 2019 09:22 Asia/Baku
  • Bakıda aksiyada saxlanılanlar sərbəst buraxılıblar
    Bakıda aksiyada saxlanılanlar sərbəst buraxılıblar

Oktyabrın 19-u Azərbaycan Respublikası Demokratik Qüvvələrin Milli Şurası Bakıda etiraz aksiyası keçirib. Aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayıb.

Etirazçılar Milli Bankın yaxınlığında və qonşuluqdakı parkda topa şəkilində yığılaraq şüarlar səsləndiriblər.

Verilən məlumatlara görə, bir neçə yerdə “ İstefa!”, “Azadlıq!” kimi şüarlar səsləndirilib.

Baki polisi 60 nəfərin saxlandığını bildirib. Saxlanılanlar arasında AXCP sədri Əli Kərimli və digərləri azadlığa buraxılıb.

Sərbəst buraxılan aksiya iştirakçılarının bəziləri zorakılıqla üzləşdiklərini bildiriblər.

Müxalifət aksiyadan məqsədi siyasi məhbuslara azadlıq, uşaqlara aylıq müavinətin verilməsi, qaz və elektrikin əvvəlki qiymətlərlə satılması kimi tələbləri elan edib.

Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov facebook səhifəsində "Radikal müxalifətin ikinci oktyabr iflası" başlıqlı yazısında bildirib ki, bu gün Azərbaycanda iqtidarın bütün prosesləri nəzarət altında saxladığı və hökumətin iradəsindən kənar hər hansı bir məsələnin baş tutmasının mümkünsüzlüyü bir daha öz təsdiqini tapdı. "Onların belə destruktiv hərəkətlərinin nəticəsi olaraq, bir neçə saat ərzində şəhərin mərkəzi hissəsində əhalinin sabit və ritmik həyatı, nəqliyyatın hərəkəti, insanların rahatlığı pozuldu"- Əli Həsənov belə yazıb.