Okt 21, 2019 17:47 Asia/Baku
  • Bakıda Qoşulmama Hərəkatının iclası başlanıb
    Bakıda Qoşulmama Hərəkatının iclası başlanıb

Qoşulmama Hərəkatına üzv ölkələrin baş rəsmilərinin iclası bu gün hərəkata üzv 120-dən çox ölkənin, nəzarətçi ölkələrin və bəzi beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Bakıda işə başlayıb.

İran İslam Respublikası tərəfindən bu iclasda İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Qolamhoseyn Dehqani bir nümayəndə heyəti ilə iştirak edir.

Dehqani bildirib ki, Qoşulmama Hərəkatının sammiti üç ildən bir, hərəkatın sədri olan ölkədə keçirilir. O, deyib: Bu iclasın sədrliyi üç ildən çox müddətdən sonra Venesueladan Azərbaycan Respublikasına təhvil verilir ki, avropalı qrup tərəfindən Qoşulmama Hərəkatı iclasının sədrliyini öz üzərinə götürür.

Qoşulmama Hərəkatına üzv ölkələrin, barəsində mövqe tutub, fikir bildirdikləri məsələləri sionist rejimin fələstinlilərə və region ölkələrinə qarşı təcavüzlərindən tutmuş üzv ölkələrin həmkarlıqlarının genişləndirilməsinədək olan mövzular əhatə edir.