Okt 23, 2019 14:34 Asia/Baku
  • Zərif Əliyevlə görüşüb
    Zərif Əliyevlə görüşüb

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə görüşüb.

Zərif bu görüşdə beynəlxalq və ikitərəfli münasibətlərlə bağlı məsələlərin nəzərdən keçirildiyini bildirib. Deyib ki, sabah İran prezidenti Azərbaycan Respublikasına səfər edəcək və İlham Əliyev daxil olmaqla müxtəlif ölkələrin başçıları ilə ikitərəfli görüşlər keçirəcək, buna görə, iki ölkə prezidentlərinin araşdıracaqları mövzulara nəzərin salınması lazım idi.

İranın xarici işlər naziri əlavə edib: Çox yaxşı bir görüş idi və Əliyev ikitərəfli münasibətlərin genişlənməsi ilə bağlı olan bəzi məsələləri irəli sürdü. Sabahkı görüşdə iki ölkə prezidentləri arasında əhəmiyyətli danışıqlar aparılacaq.