Noy 07, 2019 10:35 Asia/Baku
  • ABŞ 2019-cu ildə Ermənistana yardımı 40 faiz artırıb
    ABŞ 2019-cu ildə Ermənistana yardımı 40 faiz artırıb

ABŞ 2019-cu ildə Ermənistana yardımı 40 faiz artıraraq 60 milyon dollara çatdırıb. Bu barədə ABŞ-ın Yerevandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, ABŞ Minsk Qrupunun həmsədri olduğunu baxmayaraq, 1992-ci ildən bu yana Ermənistana 2 milyard dollardan çox yardım verib.

Məlumata görə bu vəsaitlər,  Ermənistanda demokratiyanın inkişafı, korrupsiya ilə mübarizə, enerji təhlükəsizliyi, insan haqlarının müdafiəsi, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi və təhsil səhəsinin inkişafı adı altında verilir.