Noy 07, 2019 22:01 Asia/Baku
  • Cəbhənin Qazax istiqamətində Azərbaycan əsgəri şəhid olub
    Cəbhənin Qazax istiqamətində Azərbaycan əsgəri şəhid olub

Sosial şəbəkələrdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin əsgəri, 2000-ci il təvəllüdlü Babək Vəli oğlu Aslanovun dünən gecə saatlarında cəbhənin Qazax istiqamətində şəhid olduğu barədə xəbərlər yayılıb.

Faktxeber.com bildirir ki, məlumatı Xaçmaz Rayon İcra Hakimiyyətindən İctimaiyyətlə əlaqələr departamentinin aparıcı məsləhətçisi Yaqut Məsimov da təsdiqləyib.

Bu dəqiqələrdə isə şəhid Babək Aslanovun dəfn mərasimindən çəkilən görüntülər yayımlanıb.

Allah rəhmət eləsin.