Yan 16, 2020 08:26 Asia/Baku
  • Sabahdan seçkiqabağı təşviqat başlayır
    Sabahdan seçkiqabağı təşviqat başlayır

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar namizədliyi qeydə alınmış şəxslərin sabahdan seçkiqabağı təşviqat kampaniyası başlayır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinin maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçkiqabağı təşviqat aparması səsvermə gününə 23 gün qalmış başlanır, səsverməyə 24 saat qalmış dayandırılır.

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 1396 nəfər qeydə alınıb

Azərbaycanda fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar 77 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.