Yan 16, 2020 20:01 Asia/Baku
  • MSK sədri: “Deputatlığa rekord sayda namizəd qeydə alınıb”
    MSK sədri: “Deputatlığa rekord sayda namizəd qeydə alınıb”

“Öncəki parlament seçkiləri ilə müqayisədə Azərbaycanda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar indiyə qədər rekord sayda deputatlığa namizəd qeydə alınıb”.

APA-nın məlumatına görə,  bunu bu gün "Seckinin mediada isiqlandırlması" mövzusunda keçirilən informasiya sessiyasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

 

MSK sədri deyib ki, dünənə olan məlumata görə, 1534 deputatlığa namizəd qeydə alınıb.

MSK seçkilər günündən başlayaraq ən geci 25 gün müddətində Azərbaycan Respublikası üzrə bələdiyyə seçkilərinin yekunlarını elan etməlidir.

Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etməklə bağlı qərar verib.