Fev 19, 2020 09:09 Asia/Baku
  • MSK daha 6 məntəqənin nəticələrini etibarsız saydı
    MSK daha 6 məntəqənin nəticələrini etibarsız saydı

Azərbaycanda Mərkəzi Seçki Komissiyasının dünənki iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar daha 6 məntəqənin nəticələri etibarsız sayılıb.

Həmin məntəqələrdə müəyyən pozuntular aşkar edilib.

Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında gərginlik yaşanıb. MSK katibi Mikayıl Rəhimov 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən daxil olan müraciətin müzakirəsi zamanı deputatlığa namizədliyi qeydə alınmış şikayətçi Fikrət Cəfərliyə irad bildirib. “Bu Xalq Cəbhəsinin iclası deyil. Mərkəzi Seçki Komissiyasının iclası keçirilir”- deyib.

MSK sədri Məzahir Pənahov da şikayətçilərə xəbərdarlıq edərək, onlara söz verilmədən müzakirəyə qoşulmamasını tələb edib: "Bura ciddi bir qurumdur"- deyib. 

MSK DAHA 6 MƏNTƏQƏNİN NƏTİCƏLƏRİNİ ETİBARSIZ SAYDI