Fev 22, 2020 09:42 Asia/Baku
  • Daha dörd məntəqədə seçkilərin nəticələri ləğv edilib
    Daha dörd məntəqədə seçkilərin nəticələri ləğv edilib

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 21-də 9 saylı Binəqədi İkinci Seçki Dairəsinin bir məntəqəsində də səsvermənin nəticələrini etibarsız hesab edib.

MSK-nın məlumatına görə, araşdırma zamanı sözügedən dairənin 20 saylı seçki məntəqəsində keçirilən səsvermənin seçicilərin iradəsini özündə əks etdirmədiyi məlum olub və səsvermənin nəticələri ləğv edilib.

Amma bu dairə üzrə yekun nəticəyə təsir etməyib.

MSK bu dairədə lider namizəd kimi Kəmaləddin Qafarovu açıqlayıb.

Onun bəzi opponentləri isə dairə üzrə nəticələrin ləğvini təlb edirlər.

3 gün əvvəl isə MSK bu dairədən iki məntəqənin (31 və 35 saylı) də nəticəsini etibarsız saymışdı.