Fev 29, 2020 08:58 Asia/Baku
  • Azərbaycan R-da koronavirusa yoluxmada 224 şübhəli karantindədir
    Azərbaycan R-da koronavirusa yoluxmada 224 şübhəli karantindədir

Azərbaycan Respublikasında “Təbib” dövlət səhiyyə orqanının rəsmisi Yaqut Qarayeva deyib ki, hazırda bu ölkədə koronavirusa yoluxmada 224 şübhəli karantində saxlanır.

Qarayeva dünən axşam Azərbaycan Respublikasının nazirlər kabinetində təsis olunmuş koronavirusla mübarizə üzrə əməliyyat qərargahında keçirdiyi mətbuat konfransında əlavə edib ki, bu şəxslərdən 20 nəfər xarici vətəndaşdır.

Azərbaycan Respublikası dünən bu ölkədə ilk koronavirus halının aşkar olduğunu təsdiq etdi. Koronavirusla mübarizə üzrə əməliyyat qərargahının məlumatına görə, Azərbaycan Respublikasına daxil olmuş bir Rusiya vətəndaşı bu ölkənin infeksiyon xəstəliklər xəstəxanasına yatırılıb. Müayinədən keçdikdən sonra onda koronavirusun olması təsdiq edilibdir.

Qarayeva sonra deyib: Bir neçə rayonun, o sıradan, Qobustan, Astara, Cəlilabad, Biləsuvar və Masallı rayonlarının xəstəxanaları, həmçinin Bakıdakı bir saylı xəstəxana və ağ ciyər xəstəliklərinin müalicəsi üzrə elmi-tədqiqat müəssisəsi bu məqsəd üçün nəzərdə tutulubdur.