May 02, 2020 17:17 Asia/Baku
  • Azərbaycan Qazaxıstana nota verib

Qazaxıstanın Bakıdakı səfiri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılaraq ona Azərbaycan Respublikası dövlətinin etiraz notası təqdim olunub.

Etiraz notasında səbəb 30 aprel 2020-ci il tarixində Xəzər dənizində Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının bir neçə vətəndaşının saxlanılması zamanı silah tətbiq edilməsi nəticəsində bir nəfərin ölümü və iki nəfərin yaralanması hadisəsi olub.  Etiraz notasında bu hadisə ilə bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı bildirilib,  bu insidentin və Azərbaycan vətəndaşlarının ölümü və yaralanmaları hallarının hərtərəfli və obyektiv araşdırılması və istintaqının nəticələri barədə Azərbaycan tərəfinin məlumatlandırılması xahiş edilib. Azərbaycan tərəfi insident nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşının cənazəsinin Azərbaycan tərəfinə tezliklə verilməsi barədə müraciət edib.

 

Teqlər