May 12, 2020 12:06 Asia/Baku
  • Azərbaycanda ali məktəblərə tələbə qəbulu qaydaları açıqlanıb

Azərbaycanda ali məktəblərə tələbə qəbulu qaydaları açıqlanıb.

SaharAzeri-nin APA-ya istinadla verdiyi məlumata görə,  Dövlət İmtahan Mərkəzi, ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurması haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər.

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.

Bakalavriat səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət ali təhsilin hər bir səviyyəsində təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı əri­zələrin qəbulu 2020-ci il mayın 12-dən iyunun 5-dək internet vasitəsilə aparılır.

AZƏRBAYCAN R-DA TƏLƏBƏ QƏBULU QAYDALARI AÇIQLANIB

Teqlər