İyul 23, 2020 20:11 Asia/Baku
  • Bakı Azərbaycan vətəndaşlarını qorumaqda ABŞ-ın səhlənkarlığını qinayıb

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini deyib: "Los-Anceles şəhərindəki konsulluğumuz qarşısında keçirilən aksiyalarda, ermənilərin hücumu zamanı ABŞ polisi Azərbaycan vətəndaşları və konsulluğunu mühafizə edə bilməyib".

SəhərAzəri xəbər verir, Xələf Xələfov bu gün keçirdiyi mətbuat konfransında, deyib: " ABŞ-ın Bakıdakı səfiri ilə ermənilərin vətəndaşlarımıza hücumunu müzakirə etdik və çox təssüf ki, ABŞ polisi Azərbaycan Respublikasının vətəndaşlarını və konsulluğunu mühafizə edə bilməyib".

Azərbaycan Respublikasının xərici işlər nazirinin müavini qeyd edib ki, Ermənistan müharibə meydanında məğlub olduqdan sonra, Vaşinqton, Toronto, Stokholm, Los Anceles, Brüssel və digər şəhərlərdə Azərbaycan vətəndaşlarına qarşı təxribat törədir.

İyulun 21-də Azərbaycan Respublikasının Los-Anceles şəhərindəki konsulluğu qarşısında azərbaycanlılar ilə ermənilər arasında baş verən toqquşmada 7 azərbaycanlı  yaralanıb və polis qarşıdurmanı idarə edə bilməyib.

Bunun üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi dünən ABŞ-ın Bakıdakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

İyulun 12-də Ermənistan ordusu Azərbaycan Respublikasının sərhəddində Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə etməklə hərbi hücuma cəhd göstərib ki, Azərbaycan Ordusunun adekvat cavabı nəticəsində itkilər verərək, geri çəkilib.

Bölgədəki bəzi ölkələr və beynəlxalq ictimaiyyət bu münaqişələrin davam etməsindən narahatlıq ifadə ediblər.

Teqlər