Sen 16, 2020 08:48 Asia/Baku
  • 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri Azərbaycan Nazirlər Kabinetinə təqdim olunub

2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunub.

SəhərAzəri xəbər verir, Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Mais Piriyevin verdiyi məlumata görə, “Büdcə sistemi haqqında” qanuna və “2021-ci il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23s nömrəli 24 yanvar 2020-ci il tarixli sərəncamına uyğun olaraq, 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə növbəti üç il üçün icmal büdcənin göstəriciləri Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub.

Teqlər