Sen 17, 2020 09:55 Asia/Baku
  • Qurban Məmmədov Türkiyədə həbs olundu

Azərifreedom kanalının rəhbəri Qurban Məmmədov Türkiyədə interpol tərəfindən həbs olunub. 

SəhərAzəri xəbər verir, Bu haqda məlumatı onun oğlu Qoşqar Məmmədov yayıb. Bildirib ki, atası ilə dünəndən əlaqə kəsilib.
"Türkiyədə saxlanıldığı yerdən başqa bir yerə köçürüləcəyini deyib xüsusi təyinatlı polislərdən ibarət bir qrupla harasa aparıblar, yanlarında olan yaxın yoldaşımız hər nə qədər çalışsa da, Qurban bəyin haraya aparıldığını öyrənə bilməyib, başqa bir tərəfdən isə aldığımız xəbərə görə Bakıdan bir qrup adam Qurban bəyin saxlandığı yerə gedib və polislərlə orada danışıqları, hətta mübahisələri olub, Qurban bəyi bu danışıqlardan sonra oradan naməlum bir yerə aparıblar"
Qeyd edək ki, Qorban Məmmədov Bakı Dövlət Universitetinin professor və  Vəkillər Kollegiyasının üzvü idi. 2013-cü ildə 3 il müddətinə azadlıqdan məhrum edilib, və 30 Dekabr 2014-cü ildə əfv edilərək, həbsdən azad olub. Azərbaycan Respublikası Baş Prokurorluğu bu ilin Sentyabrın 8-də Qurban Məmmədov barəsində beynəlxalq axtarışın elan edilməsinə dair qərarlarini icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidməti, həmçinin "İnterpol"un Milli Mərkəzi Bürosuna göndərmişdir.

Teqlər