Sen 17, 2020 10:59 Asia/Baku
  • ABŞ Dövlət Departamenti Tofiq Yaqublunun azad edilməsi barədə çağırışını təkrarlayıb

Cümə günü ABŞ Dövlət Departamenti Azərbaycan Respublikasına Tofiq Yaqublunun işinə yenidən baxmaq çağırışını təkrarlayıb.

SəhərAzəri xərici mediayalara istinadla xəbər verir, Dövlət Departamentinin mətbuat katibi bildirib, “ABŞ səfirliyi sentyabrın 3-də Tofiq Yaqublunun saxtalaşdırılmış ittihamlarla mühakimə edilməsindən məyus olub”.

“Cənab Yaqublu həbsdə saxlandığı müddətdə və məhkəmədə müvafiq hüquqi prosedurun bir çox elementlərindən imtina ediblər. Biz Azərbaycan hökumətini siyasi motivli həbsləri dayandırmağa, cənab Yaqublunun işinə yenidən baxmağa və Azərbaycan Konstitusiyası ilə təmin edilən söz və toplaşma azadlığına hörmətlə yanaşmağa çağırırıq”,- mətbuat katibi qeyd edib.

Öz növbəsində, cümə günü Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu cümə günü Tvitterdə yazıb ki, əsas söz və assosiasiya azadlığının həyata keçirilməsi “heç zaman  azadlıqdan məhrumetmə üçün əsas deyil”.

“Bu, universal insan hüquqlarıdır. Biz Azərbaycanın Tofiq Yaqublunun barəsində lazımi hüquqi prosedurdan imtina etməsindən narahatıq və onu azad etməyə çağırırıq”,

Teqlər