Sen 17, 2020 17:24 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusa daha 119 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 119 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək Azərbaycanda ümumilikdə 38 777 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 289 nəfər müalicə olunaraq sağalıb, 571 nəfər vəfat edib, aktiv xəstə sayı 1917 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7601, ötən müddət ərzində isə ümumilikdə 1035286 test aparılıb.

Teqlər