Dağlıq Qarabağ münaqişəsində son durum
Azərbaycan MN: Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib
Sen 29, 2020 19:57 Asia/Baku
Azərbaycan Ordusunun dəqiq atəşləri nəticəsində Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan məhv edilib.
Səhər Azəri bildirir ki, bunu bu gün mətbuat konfransında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
A.Eyvazov vurğulayıb ki, Ermənistan ordusunun Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində gedən döyüşlərə cəlb edilən 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Koçaryan məhv edilib. Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-ci alayının komandiri polkovnik Artyom Paqasyan isə ağır yaralanıb.