Dec 31, 2016 09:16 Asia/Baku
  • Naxçıvandan hərəkət etmiş ilk sərnişin qatarı Məşhəddə

Naxçıvan Muxtar Respublikasından hərəkət etmiş ilk sərnişin qatarı Məşhəd dəmiryolu stansiyasına daxil olub.

IRNA-nın məlumatına görə, Naxçıvan-Məşhəd və əks istiqamətdə hərəkət edən sərnişin qatarının işə salınması cümə axşamı günü İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi və Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə həyata keçirilib.

Vaizi bu qatarın işə salınmasını iki ölkə arasında iqtisadi və turizm həmkarlıqlarının genişləndirilməsi prosesində önəmli adlandırıb.

Naxçıvan Ali Məclisinin sədri də bu mərasimdə deyib: Bu addım İran ilə Azərbaycan Respublikası arasında sərnişin gediş-gəlişini asanlaşdırmaqla bərabər, iki ölkə xalqlarının daha artıq əməkdaşlıq etmələrinə səbəb olacaqdır.

İranın Dəmiryolu Şirkətinin sərəncamçı müdiri Səid Məhəmmədzadənin sözlərinə görə, Naxçıvan-Məşhəd qatarı bazar və cümə axşamı günləri Naxçıvandan, bazar ertəsi və cümə günləri isə Məşhəddən hərəkət edəcəkdir.

Naxçıvan-Məşhəd sərnişin qatarı İran və Azərbaycan Respublikası prezidentlərinin razılığı çərçivəsində icra mərhələsinə keçibdir.

Teqlər

Şərhlər