Jan 19, 2017 10:40 Asia/Baku
  • Son söz: Bizi Tale Bağırovdan ayırmayın
    Son söz: Bizi Tale Bağırovdan ayırmayın

Yanvarın 18-de "Nardaran işi” üzrə prosesdə müttəhimlərin yekun çıxışları davam edib.

 Turan agentliyinin məlumatına görə, onlar həbsdən sonra DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (BMCQMİ)  işgəncələrin verilməsi, onlarla qeyri-insani rəftar edilməsi barədə digər müttəhimlərin bəyanatlarını təsdiqləyiblər.

DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi onlardan Aşuranı qeyd etməməyi, imamlara matəm saxlamamağı tələb edib.

Abbas Tağızadə, Rasim Cəbrayılov, Zakir Mustafayev də işgəncələrdən danışıblar.

Onlar məhkəmədən xahiş ediblər ki, onların barəsində ömürlük həbs cəzası çıxarsınlar.

“Bizə qarşı çox ədalətsizlik olub. Heç olmasa, indi ədalətli olun və bizi Taleh Bağırzadədən ayırmayın”, - Ş.Nuriyev vurğulayıb.

İclas yanvarın 19-da davam edəcək.

Teqlər

Şərhlər