• İran və Azərbaycan arasında ədliyyə əməkdaşlıqları üzrə razılaşma imzalanıb
    İran və Azərbaycan arasında ədliyyə əməkdaşlıqları üzrə razılaşma imzalanıb

İran və Azərbaycan Respublikası arasında birgə hüquqi və ədliyyə əməkdaşlıqları üzrə razılaşma sənədi iki ölkənin ədliyyə nazirləri tərəfindən imzalanıb.

İRNA-nın verdiyi məlumata görə, bu razılaşma sənədində iki ölkə ötən illər imzalanmış əməkdaşlıq sənədlərinin icrasına, danışıqların rutin şəkildə davam etdirilməsinə, əsas büynəlxalq hüquq məsələləri sahəsində qarşılıqlı əməkdaşlıqlara, uşaq və qadın hüquqları sahəsində müştərək iclasların keçirilməsinə təkid ediblər. 

Razılaşma sənədinin imzalanması zamanı İran İslam Respublikasının ədliyyə naziri Müstafa Purməhəmmədi deyib: Tehran və Bakı hüquqi və ədliyyə sahəsində qarşılıqlı əməkdaşlıqların  möhkəmləndirilməsində əzmkardırlar. 

Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məhəmmədov da iki ölkə arasında hüquqi və ədliyyə üzrə əməkdaşlıqların daha da genişlənməsindən razı qaldığını bildirərək deyib: İran və Azərbaycan cinayətkaarların və cinayət işinə cəlb olunanların dəyişdirilməsi üzrə əməkdaşlıq memorandumuna malikdirlər. 

İran və Azərbaycan ədliyyə nazirləri iki ölkə iş adamları və fəhlələrinə dəstək üçün ticarət və iqtisadi işlərə baxılması üçün hüquqi mərkəzin yaradılması barədə razılığa gəliblər. 

İranın ədliyyə naziri Müstafa Purməhəmmədi dünən Azərbaycan Respublikasına səfər edib. İranlı nazir səfərin ilk günündə Azərbaycan prezidenti İlham Əliyev ilə görüşüb. 

Bu gün isə İranın ədliyyə nazirinin Azərbaycan Respublikası parlamentinin sədri və daxili işlər naziri ilə görüşü planlaşdırılıb. 

Feb 17, 2017 10:00 Asia/Baku
Şərhlər