İranın rabitə və informasiya texnologiyaları naziri Azərbaycan Respublikası prezidenti ilə görüşərək, onunla ikitərəfli əlaqələrin inkişafı barədə danışıb.

IRIB-nin Bakı ofisinin məlumatına görə, bu görüşdə tərəflər Azərbaycan Respublikası prezidentinin son Tehran səfərində əldə olunmuş razılaşmalar, region ölkələrilə üçtərəfli əlaqələrin inkişaf etdirilməsi, bank həmkarlıqları, həmçinin kənd təsərrüfatı, dəmiryolu nəqliyyatı və iqtisadi əlaqələrin genişləndirilməsi barədə danışıblar.

İranın rabitə və informasiya texnologiyaları naziri və İran-Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıqlar Komissiyasının iranlı həmsədri Mahmud Vaizi bu görüşün sonunda IRIB-nin Bakı müxbirilə eksklüziv müsahibədə deyib: Bu görüşdə Astara-Astara dəmiryolunun tez bir zamanda bərqərarı vurğulanıb. Qərara alınıb ki, Rəşt-Astara dəmiryolunun inşası yolundakı bütün maneələr tez bir zamanda aradan qaldırılsın və gələn ilin əvvəllərində bu dəmiryolunun inşa əməliyyatı başlansın. Həmçinin onun təkmilləşdirilməsilə İranın dəmiryolu qovşağı Azərbaycan Respublikasının dəmiryolu qovşağına qoşulsun.

O, əlavə edib: Bu görüşdə həmçinin iki tərəfin ötən bir il ərzindəki mübadilələr həcminin yetmiş faizlik artımı barədə razılıq ifadə olunub. Sonra bank və kənd təsərrüfatı həmkarlıqları ilə bağlı məsələlər barədə müzakirə etdik. Belə görünür ki, Azərbaycan Respublikası prezidentinin Tehran səfərindən və bu ölkənin nazirlər kabinetinə verilmiş göstərişlərdən sonra biz ikitərəfli həmkarlıqların yeni fəslinin şahidi olacağıq.

Mahmud Vaizi İran, Azərbaycan Respublikası və Gürcüstan üçtərəfli əməkdaşlıqlarının genişləndirilməsini Azərbaycan Respublikası prezidenti ilə danışıqlarının digər bir mehvəri adlandırıb və belə deyib: İlham Əliyevin son zamanlar Gürcüstan prezidenti ilə keçirdiyi görüşdə qərara alınıb ki, bu üçtərəfli həmkarlıqlar gələn ayadək, öncə, xarici işlər nazirləri səviyyəsində Gürcüstanın Tiflis, sonra isə üç ölkənin birgə iqtisadi komissiyası səviyyəsində Azərbaycan Respublikasının Gəncə şəhərlərində keçirilsin.

Mar 17, 2017 14:25 Asia/Baku
Şərhlər