• İki iranlı boksçu Bakı boks yarışlarının finalına vəsiqə qazanıb

Bakıda keçirilən İpək Yolu adlı beynəlxalq boks yarışlarının üçüncü günündə iki iranlı boksçu öz rəqibini məğlub edərək, yarışların finalına vəsiqə qazanıb.

IRIB-nin Bakı ofisinin məlumatına görə, bu yarışların üçüncü günündə Omid Əhmədi Səfa 49 kiloqram və İman Ramazanpur 91 kiloqramdan yuxarı çəki dərəcələrində qazaxıstanlı rəqiblərini məğlub ediblər.

Həmçinin Şahin Musəvi 75 kiloqram çəki dərəcəsində Azərbaycan Respublikasından olan rəqibini məğlub edib və yarışların bürünc medalını qazanıbdır.

Yarımfinal mərhələsində ukraynalı rəqibi ilə yarışmalı olan 91 kiloqram çəki dərəcəli boksçumuz Salar Qolami göz nahiyəsindən zədə aldığına görə, həkim tərəfindən ona yarışma icazəsi verilməyib və o, bürünc medalla kifayətlənməli olub.

İranın milli boks komandasının baş məşqçisi Babaro Xeymens deyib: Biz bu yarışlar üçün üç aylıq proqramlaşdırma aparmışdıq və yaxşı nəticə aldıq. O, əlavə edib: Bizim ikinci proqramlaşdırmamız birisigündən Tehrana geri dönməyimizlə Bakıda keçiriləcək İslamiada yarışlarına, həmçinin Asiya çempionatı və dünya çempionatının seçmə görüşlərinə hazırlıqla başlanacaq.

Bu yarışların finalına vəsiqə qazanmış iki boksçumuz- Omid Əhmədi Səfa və İman Ramazanpur bu gün günortadan sonra qızıl medal əldə etmək üçün rəqiblərilə görüşəcəklər.

Bakıda keçirilən İpək Yolu adlı beynəlxalq boks yarışları dünyanın on ölkəsindən 195 boksçunun iştirakı ilə çərşənbə axşamı günündən keçirilir və bu gün günortadan sonra başa çatacaqdır.

Mar 17, 2017 17:47 Asia/Baku
Şərhlər