İranın rabitə və informasiya texnologiyaları nazirinin Azərbaycan Respublikasının nəqliyyat və kommunikasiya nazirilə görüşündə elektron ticarət sahəsində İran-Azərbaycan Respublikası-Rusiya əməkdaşlıqlarının genişləndirilməsi vurğulanıb.

IRIB-nin Bakı ofisinin məlumatına görə, bu gün Mahmud Vaizinin Ramin Quluzadə ilə görüşündə tərəflər bundan öncə elektron ticarət sahəsində İran, Azərbaycan Respublikası və Rusiya arasında əldə olunmuş razılaşma haqqında fikir mübadiləsi aparıblar. İranlı tərəf AY-Sİ-Tİ(ICT), poçt və elektron ticarət sahələrində üçtərəfli həmkarlıqların genişləndirilməsinə hazır olduğunu bildirib.

Bu görüşdə həmçinin şose yolu nəqliyyatı, tranzit və dəniz nəqliyyatı sahəsində İran ilə Azərbaycan Respublikası arasında ikitərəfli həmkarlıqlar müzakirə olunub və cənab Vaizi Azərbaycan Respublikası tərəfində yeni limanın salınmasına toxunaraq, deyib ki, İran da Azərbaycan Respublikası ilə dəniz nəqliyyatının genişləndirilməsilə bağlı mövcud limanları genişləndirəcəkdir.

Ramin Quluzadə də nəqliyyat və elektron ticarəti sahəsində həmkarlıqların genişləndirilməsini vurğulayıb və sonda qərara alınıb ki, qarşıdakı iki-üç ay ərzində müştərək bir iclasda iki və üçtərəfli həmkarlıq zəminləri araşdırılsın.

Mar 17, 2017 22:34 Asia/Baku
Şərhlər