• Azərbaycan R-da islamçı məhbuslar azad edilməyiblər

Azərbaycan Respublikası prezidentinin Novruz bayramı münasibətilə bu ölkədə yüzlərlə məhbusun azad edilməsi barədəki əfv fərmanının icra edilməsilə bir zamanda həmin hökmdə islamçı məhbuslardan heç birinin adı mövcud deyil.

Turan xəbər agentliyinin məlumatına görə, Azərbaycan Respublikası hökumətilə müxalif olan insan haqları müdafiəçilərindən Rəsul Cəfərov bu məsələni tənqid edib. O, deyib: İlham Əliyevin Azərbaycan Respublikasında məhbusların azadlığı üzrə əfv fərmanı elə bir halda verilibdir ki, əfv olunanlar arasında 200 islamçı məhbusdan heç birinin adı nəzərə çarpmır.

Azərbaycan Respublikası hökuməti son illərdə islamçılara və tənqidi baxışlara malik olan jurnalistlərə təzyiqlərin göstərilməsini şiddətləndiribdir.

Qərb cəmiyyətləri və beynəlxalq insan haqları təşkilatları da Azərbaycan Respublikası hökumətinin bu ölkənin dindar məhbuslarını azad etməmək üzrə hərəkətləri qarşısında sükuta dalıblar.

İlham Əliyev Novruz bayramı ərəfəsində 420 məhbusun əfv edilməsi barədə fərman imzalayıbdır.

Mar 18, 2017 10:02 Asia/Baku
Şərhlər