• Xarici turistlərin İranın Astara sərhədindən gediş-gəlişi artıb

İranın Astara sərhəd terminalının müdiri deyib: Martın 15-i, 16-ı və 17-də bu şəhrestanın quru sərhədindən yeddi mindən çox turist keçibdir ki, bu rəqəm 2016-cı ilin oxşar dövrü ilə müqayisədə 15 faiz artımdan xəbər verir.

IRNA-nın məlumatına görə, İranın Astara sərhəd terminalının müdiri Cəlal Diyansayi bu gün deyib: Ötən üç gün ərzində Astara sərhədindən keçən 7010 müsafirdən 5646 xarici turist olub.

Diyansayi əlavə edib: Qeyd olunan günlərdə 2890 xarici turist Astara sərhədindən İrana daxil olub. 2756 xarici turist də bu sərhəddən çıxıbdır.

Astara şəhrestanı 91 min nəfərlik əhali ilə Gilan vilayətinin şimal-qərbində yerləşir və Azərbaycan Respublikası ilə sərhəd zolağında yerləşdiyi üçün İranın üçüncü çox gediş-gəlişli sərhədi sayılır.

Mar 18, 2017 17:14 Asia/Baku
Şərhlər