• İŞİD üzvü olmaqda ittiham olunan azərbaycanlı keçmiş baş leytenant azad olundu

Türkiyənin Konya şəhərində İŞİD üzvü olaraq saxlanılan 15 nəfər sərbəst buraxıldılar.

İslamazeri.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 11 apreldə Türkiyənin Konya şəhərində İŞİD üzvü olaraq saxlanılan 15 nəfər sərbəst buraxılıblar.

Məlumata görə, evlərindən çox sayda İŞİD-ə aid ədəbiyyat və təşkilati sənəd ələ keçirilən şəxslərin 15-i sərbəst buraxılıb.

Qeyd edək ki, 11 apreldə keçirilən əməliyyat zamanı Konyada bir azərbaycanlı da saxlanılmışdı. Məlum olub ki, saxlanılan şəxs Azərbaycan Ordusunda baş leytenant  rütbəsində qulluq etmiş, lakin sonradan Türkiyəyə gələn İltifat Nazurovdur. Onun vəhhabi qruplaşmalara qoşulduğu ehtimal olunur.

 

Apr 19, 2017 11:51 Asia/Baku
Şərhlər