• Vəkil: Namaz məhbusu Şeyx Sərdarın həbs müddəti bir daha uzadıldı

Bu gün həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin Masallı Rayon Məhkəməsində məhkəməsi keçirilib.

Məhkəmədən sonra vəkil Cavad Cavadov  Maide.Az-a açıqlama verib. “Hakim Nemət Musayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Şeyx Sərdarın həbs müddəti bir daha uzadılıb. İstintaq orqanı həbs müddətinin uzadılmasını 1 ay istəyib və məhkəmə 20 gün müddətinə uzadılmasına qərar verib".

Qeyd edək ki, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu ruhani Sərdar Hacıhəsənli Masallı rayonunda cümə namazı qıldığı üçün rayonun icra başçısı tərəfindən polisə şikayət edilib. Şikayət əsasında ona cinayət işi açılıb və barəsində 37 gün müddətində həbs qəti-imkan tədbiri seçilib. Fevralın 22-də saxlanılan Şeyx Sərdarın həbs müddətinin başa çatmasına az müddət qalmış martın 27-də Masallı Rayon Məhkəməsi onun həbs müddətini aprel ayının 30-dək uzatmışdı.

 

 

Apr 19, 2017 18:10 Asia/Baku
Şərhlər