• İslam həmrəyliyi yarışlarının yayımı üçün 34 ölkə müraciət edib
    İslam həmrəyliyi yarışlarının yayımı üçün 34 ölkə müraciət edib

Müsəlman ölkələrin 4-cü islam həmrəyliyi yarışlarının mediya rəhbəri bu oyunların yayımı üçün 34 ölkənin müraciət etməsindən xəbər verib.

İRİB-in Bakıdan verdiyi məlumata görə, Kamran Talıbov müxbirlərə deyib: Azərbaycan Respublikasından 745 digər ölkələrdən 252 o cümlədən İrandan 20 mediya mənsubu bu oyunların yayımı barədə müraciət ediblər. 

K.Talıbov deyib: Müsəlman ölkələrin media mənsublarından əlavə, Amerika, Hollandiya, Polşa, Almaniya, Britaniya, Rusiya və Fransa mediaları da Bakıda keçiriləcək 4-cü islam həmrəyliyi oyunlarının yayımı barədə müraciətlərini bu oyunların mətbuat komitəsinə təqdim ediblər. 

57 müsəlman ölkədən 5 minə yaxın idmançı və rəsmi nümayəndə heyətləri Azərbaycan Respublikası paytaxtı Bakı şəhərinin 16 idman kompleksində keçiriləcək bu yarışlarda iştirak edəcəklər. 

İslam həmrəyliyi yarışlarının rəsmi açılış mərasimi may ayının 12-də keçiriləcək ancaq yarışlara açılış mərasimindən 4 gün öncə start veriləcək, oyunların ilk günündə kişilər üzrə futbol rəqabətləri aparılacaq. 

Bakıda keçiriləcək 4-cü islam həmrəyliyi yarışlarına İran İslam Respublikasından 280 nəfərlik idmançı heyəti qatılacaq, bunlara 130 kişi 35 qadın idmançı da daxildir. İran bu yarışlarda volibol, zorxana , boks, tenis, qaçış, çəki qaldırma, voşo, codo, vaterpolo, suda atlanma,masa üstü tenis, taekvando, sərbəst və yunan-roma güləşi kimi idman növlərində iştirak edəcək. 

İndaneziyada keçirilmiş 3-cü islam həmrəyliyi yarışlarına İran 188 idmançı ilə qatılmışdı. İran həmin yarışlarda ikinci yeri tutdu. 

Apr 20, 2017 12:36 Asia/Baku
Şərhlər