• Mübariz Qurbanlı Hacı Cavad məscidinin sökülməsi haqda açıqlama verib
    Mübariz Qurbanlı Hacı Cavad məscidinin sökülməsi haqda açıqlama verib

"Yeni məscid tikilsə adı Hacı Cavad olacaq”.

Faktxəbər internet portalının məlumatına görə, bu sözləri Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. 

"Hacı Cavad" məscidinin vəziyyətinin araşdırılması ilə bağlı yaradılan komissiyanın öz işini davam etdirdiyi, ədalətli qərar hazırlamaq üçün araşdırmalar apardığını deyən Mübariz Qurbanlının sözlərinə görə, tarixi Hacı Cavad məscidi 1912-ci ildə tikilib və sovet dövründə məscid kimi istifadə olunmayıb. 

DQİDK sədri bu gün bir çox tarixi məscidin istifadəyə yararlı olduğunu deyib: Hacı Cavad məscidinə baxışdan belə görünür ki, bina o qədər də davamlı deyil. 

Mübariz Qurbanlının iddiası ilə yanaşı qeyd edək ki, Bakı şəhərinin yeni tikilən məscidlərindən Həzrət Fatimə Zəhra (s.ə) məscidi 2010 və digər məscidlər əsassız bəhanələrlə sökülmüşdür.

"Mühəndis təhlilləri məscidin təmir olununmasının mümkün olub-olmadığını göstərəcək. Bundan sonra məscid yeni formada fəaliyyətini davam etdirəcək" -deyə DQİDK sədri bildirib. 

Mübariz Qurbanlı əlavə edib: Komissiyanın tərkibində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Fövqəladə Hallar Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti, eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri fəaliyyət göstərir. Məsələ ətraflı təhlil olunacaq, müxtəlif istiqamətlər üzrə araşdırmalar aparılacaq və hazırlanan rəy əsasında məscidlə əlaqədar təklif veriləcək.

Qeyd edək ki, Azərbaycanda bəzi tarixi məscidlərin sökülməsi ardınca, bu ölkə şiələinin etirazları başlanıb. 12 apreldə Bakı şəhərində yerləşən Hacı Əbdürrəhimbəy məscidi Quruculuq-abadlıq işləri bəhanəsi ilə sökülüb. 

Apr 21, 2017 10:45 Asia/Baku
Şərhlər