• Bakıda 15 şəban mərasiminin keçirilməsinin qarşısı alınıb

Azərbaycan R. hökuməti Bakıda İmam Zaman (əc)-ın mövlud gününün qeyd olunmasını əngəlləyib.

Təsnim xəbər agentliyinin məlumatına görə, Azərbaycan R. hökuməti əhalisinin əksər hissəsinin şiə və Əhli-Beyt(ə) aşiqi olduğu bir ölkədə öz anti-din hərəkətlərinin davamında Bakıda İmam Zaman (əc)-ın mövlud gününün qeyd olunmasını əngəlləyib.

Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev bu haqda deyib: Xalqın mənəvi dəyərlərini təhrif edən kəslər xalqın mənəvi toxunulmazlığına səbəb olan belə bir mərasimin keçirilməsinə mane olurlar.

O, deyib: Azərbaycan R-dakı məsul şəxslər əxlaqa zidd tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradırlar; bu vəziyyət utancgətiricidir və dəyərləndirilməlidir. Əslində bu hadisələrin İslam Həmrəyliyi İlində baş verməsi bir təzad nişanəsidir.

Həmçinin QAT sədri Akif Nağı Bakıda İmam Zaman (əc)-ın mövlud gününün qeyd olunmasının əngəllənməsini pisləyərək, deyib: Bu hadisələr göstərir ki, məsul şəxslərin sözlərilə əməlləri bir-birinə uyuşmur.

Azərbaycan R-da İmam Zaman (əc)-ın mövlud günü mərasiminin keçirilməsinin əngəllənməsi elə bir haldadır ki, bu ölkə hökuməti cari ili İslam Həmrəyliyi İli adlandırıbdır.

May 11, 2017 20:20 Asia/Baku
Şərhlər