İranlı idmançılar Bakıda keçirilən 4-cü İslam Həmrəylik Oyunlarının 5-ci günündə 5 medalın sahibi olublar.

İRİB-nin çərşənbə gününə olan məlumatına görə, İslam Həmrəylik Oyunlarının davamında iranlı idmançı qız Qolnuş Sebqətullahi 10 metrlik məsafədən tapança ilə atəş açmada qızıl medalın sahibi olub. Misir və Azərbaycandan olan idmançılar isə bu yarışlarda 2-ci və 3-cü yeri tutublar. 

50 metrlik məsafədən tapança ilə atəş açma yarışlarında isə Məhəmməd Əhmədi bürünc medalın sahibi olub. 

Əlillər arası ağırlıq atmaq üzrə yarışlarda Cavid Ehsani Şəkib "Class F57" növü üzrə rəqabətlərin gümüş medalını əldə edib. 

Kişilərarası disk atmaq yarışlarında isə Ehsan Həddadi gümüş medala layiq görülüb. 

4-cü İslam Həmrəylik Oyunları 54 İslam ölkəsindən gəlmiş idmançıların iştirakıilə Bakıda keçirilir. Ötən cümə günü, 12 May tarixində Bakıda start götürən yarışlar 22 May tarixinə kimi davam edəcək. Yarışlar 22 kateqoriya üzrə keçirilir. İran bu yarışlarda 127 kişi və 31 qadın idmançı ilə 20 kateqoriya üzrə iştirak edir. 

May 16, 2017 16:38 Asia/Baku
Şərhlər