• Bakıda keçirilən beynəlxalq sərgidə İran məhsulları rəğbətlə qarşılanıb

Bakıda kənd təsərrüfatı və heyvandarlıq məhsulları üzrə 23-cü beynəlxalq sərgi İran daxil olmaqla 28 ölkənin iştirakı ilə işə başlayıb.

Bu üçgünlük sərgidə 28 ölkədən olan sənaye, kənd təsərrüfatı və heyvandarlıq məhsulları istehsal üzrə 331 obyekt öz bacarıqlarını nümayiş etdirir.

İrandan da müxtəlif sənaye sahələrində istifadə oluna bilinən islah olunmuş nişastalar, heyvandarlıq və kənd təsərrüfatı məhsulları, həmçinin soyuducu, dondurucu və soyuducu qablar istehsalı üzrə üç iri istehsal obyekti İran məhsulları üçün marketinq və müxtəlif sahələrdə İranın qabiliyyətlərinin tanıtdırılması hədəfilə bu sərgidə iştirak edir. 

Bu sərgidə nümayiş etdirilən bəzi İran malları və məhsulları yaxşı keyfiyyəti, ucuz qiyməti və modern texnologiyalara malik olmalarına görə, sərgiyə gələnlərin diqqətini çəkibdir.

Sərgilənmiş mallar və məhsullar üçün marketinq və bacarıqların təqdimatı sərginin keçirilməsinin hədəflərindəndir. 

Bu sərgi İranın heyvandarlıq və kənd təsərrüfatı üzrə investorlarının Qafqaz və Mərkəzi Asiya ölkələrinin bazarlarına daxil olmaları üçün münasib fürsətdir.

May 18, 2017 14:56 Asia/Baku
Şərhlər