• İslamiada: İran idmançıları 67 medal qazanıb
    İslamiada: İran idmançıları 67 medal qazanıb

Azərbaycan paytaxtı Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında İran İslam Respublikasının idman karvanı 6-cı gündə 12 medal qazanıb və medalların sayını 67-yə çatdırıb.

İRİB-in Bakıdakı müxbirinin verdiyi məlumata görə, İran idmançıları taekovando, qaçış, üzgüçülük, para-atletika və yunan-roma güləşində medallar qazanıblar. 

Bu məlumata əsasən, İranın 63 kq çəki dərəcəsində taekovandoçusu Mehdi Yusifi qızıl medal qazanıb, 80 kq çəki dərəcəsində Əhməd Məhəmmədi, 73 kq çəki dərəcəsində Melika Mirhüseyni, və 74 kq çəki dərəcəsində Seyid Əhməd Xosrovfər gümüş medal qazanıblar. 

Qaçış idman növündə Səhər Ziyayi atışda gümüş medala layiq görülüb. 

Para atletikada idman növündə İran bir gümüş və 2 bürünc qazanıb. Nizə atmada Səccad Nikpərəst və Seyid Ürfan Hüseyni müvafiq olaraq gümüş və bürünc medal qazanıblar. Arəş Xosrəvi də 100 metr qaçışda bürünc medala layiq görülüb. 

Üzgüçülükdə Muctaba Vəlipur qızıl medala layiq görülüb. 

Yunan-Roma güləşi də İranın idman karvanının medal sayına üç bürüncü əlavə edib. 

Şahab Qaracili 120 kq çək dərəcəsində, Mehdi Fəllah 85 kq çəki dərəcəsində, Mehdi Zeydvənd 66 kq çəki dərəcəsində üçüncü yerləri tutublar. 

Beləliklə İranın idman karvanı ümumilikdə 6-cı günün medallarını hesablamaqla 16 qızıl, 22 gümüş və 29 bürünc medalla 67 medal qazanıb. 

May 19, 2017 11:21 Asia/Baku
Şərhlər