May 28, 2017 10:05 Asia/Baku
  • "Nardaran İşi" Baş Prokurorluğa göndərildi

"Nardaran İşi" barəsində çıxarılmış məhkəmə qərarına yenidən baxılması üçün Baş Prokurorluğa göndərilib.

Nur informasiya portalının verdiyi məlumata görə, "Nardaran İşi"nin əsas müttəhimi və Müsəlmanların Birliyi Hərəkatının başçısı Tale Bağırzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı və daha 16 nəfər barəsində qaldırılmış cinayət işinə iyun ayının 6-da məhkəmə hakimi Əmir Bayramovun sədrliyi ilə yenidən baxılacaq. 

İlk instansiya məhkəməsi Tale Bağırzadə barəsində 20 il həbs qərarı çıxardıb. 

26 noyabr 2015-ci il tarixində polis qüvvələrinin Nardaranda həyata keçirdikləri xüsusi əməliyyat tədbiri zamanı Müsəlmanların Birlik Hərəkatının sədri Tale Bağırzadə və onlarla digər nəfər saxlanılmışdı. Bağırzadə qanunsuz olaraq silah daşımaqda ittiham edilir.