• İranlı velosipedçi Bakını Gürcüstana doğru tərk etdi
    İranlı velosipedçi Bakını Gürcüstana doğru tərk etdi

İran İslam Respublikasından Astara sərhəd keçidi vasitəsi ilə Azərbaycan Respublikasına daxil olmuş iranlı velosipedçi bu gün Azərbaycan paytaxtı Bakı şəhərini Gürcüstana doğru tərk edib.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, Cavad Keştgər 350 kilometrdən ibarət olan Astara-Bakı şose yolunu 5 gün müddətində gedib.

Bu iranlı velosipedçi Gürcüstandan sonra Türkiyəyə daxil olacaq və ümumilikdə Azərbaycan, Gürcüstan və Türkiyənin 3 min km məsafədən ibarət olan 30-dan çox şəhərini keçəcək. 

Bədən tərbiyəsi müəllimi olan Keştgər velosipedlə səfərdə məqsədinin müştərək mədəniyyətə malik olan ölkələrə sülh və dostluq mesajını çatdırmaqdan ibarət olduğunu deyib.

Cavad Keştgər öncə də,Tacikistan və Qırğızıstana iki dəfə də Türkiyəyə səfər etmişdir. O özünün 5-ci xarici səfərində Azərbaycan, Gürcüstan və Türkiyəni dolaşacaq. Bu səfər yayın sonlarınadək davam edəcək.  

Jul 15, 2017 11:28 Asia/Baku
Şərhlər