• Bakıda To Ki Maa idman oyunlarında iştirak edən ölkələrin nümayəndələrinin iclası keçirilib
    Bakıda To Ki Maa idman oyunlarında iştirak edən ölkələrin nümayəndələrinin iclası keçirilib

Azərbaycanda II Beynəlxalq To Ki Maa Döyüş Növləri turnirinin keçiriləcəyi ərəfədə yarışlarda iştirak edən ölkələrin nümayəndələri baş tutan iclasda bu idman növünün daha da genişləndirilməsi və gələcək önəmli proqramları araşdırıblar.

İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, bu idman oyunlarının təsisçisi İran İslam Respublikasının mehvərliyi ilə Bakıda keçirilən iclasda Azərbaycan Respublikası, İran İslam Respublikası, Gürcüstan, Rusiya Federasiyası, Türkiyə və Qırğızıstanın nümayəndələri To Ki Maa Beynəlxalq Təşkilatın rəhbər əvəzediciləri və xəzinədarlıq üzvlərinin seçilməsi, Asiya, Avropa çempionatlarının keçirilməsi, 2017-ci ildə dünya turnirinin ev sahibliyi, həmçinin sabah Bakıda baş tutacaq To Ki Maa döyüş növləri beynəlxalq turnirinin keçirilməsi haqda fikir mübadiləsi aparıblar.

Bu iclasda Dünya To Ki Maa Təşkilatının sədri Həsən Zəmani etdiyi çıxışında bu idman növünün mədəni cəhətləri, müsəlman ölkələri və digər ölkələr arasında dostluğun təkşil olunmasını İranın əsas məqsədlərindən adlandırıb və deyib: Xoşbəxtlikdən bu idmanın pəhləvanlıq cəhətləri bütün döyüş növlərindən üstündür. Bu idman növünü gücləndirməklə və genişləndirməklə dünyada pəhləvanlığın səmimiliyi və dostluğunu əks etdirməyə çalışırıq.

İran-İslam To Ki Maa idman növünün əsası 2008-ci ildə iranlı idmançı Seyid Fərhad Hüseyni tərəfindən qoyulub. Hazırda İranda bu idman növündə 20 mindən çox idmançı fəaliyyət göstərir.

Bu idman növünün 8 səpki vardır. Tu U səpki dünya səviyyəsində böyük rəğbətlə qarşılanır. Bu idman növü üzrə ilk Avrasiya turniri 2016-cı ilin sonlarında 11 komandanın iştirakı, İranın çempionluğu ilə Azərbaycanda keçirildi.

II Beynəlxalq To Ki Maa Döyüş Növləri Turniri 16 iyulda Azərbaycanda Bakı Olimpiya Stadionunda baş tutacaq. Turnirə Rusiya, Gürcüstan, Azərbaycan, Türkiyə və Qırğızıstan idmançıları qatılacaq. Turnirdə yeniyetmə, gənclər və böyüklərdən ibarət idmançılar iştirak edəcək.

Jul 15, 2017 17:19 Asia/Baku
Şərhlər