• Əhməd Əhmədov

Naxçıvan Muxtar Respublikası daxili işlər naziri vəzifəsindən kənarlaşdırılıb.

İRNA-nın məlumatına görə, Azərbaycan mediaları bazar günü bir məlumat yayaraq Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, polis general-leytenantı Əhməd Əhmədovun vəzifəsindən kənarlaşdırıldığı və ev dustaqlığına götürüldüyünü bildiriblər. 

Əhməd Əhmədovun müavini Səbuhi Novruzov onun vəzifəsini yerinə yetirir. 

Məlumatda Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin vəzifəsindən kənarlaşdırılması və ev dustaqlığına götürülməsinin səbəbinə toxunulmayıb. 

Azərbaycanın rəsmi dairələri indiyə qədər bu naxçıvanlı rəsminin kənarlaşdırılması haqqında rəsmi məlumat verməyiblər. 

Əhməd Əhmədov 2000-ci ildən Naxçıvan Muxtar Respublikası daxili işlər naziri vəzifəsində idi. 

Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının bir hissəsidir. 

Jul 17, 2017 08:53 Asia/Baku
Şərhlər