• Serj Sərkisyan

Ermənistan prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycan prezidenti ilə görüşü faydasız adlandırıb.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Ermənistan prezidenti Serj Sərkisyan deyib6 Azərbaycan prezidenti İlham Əliyevlə görüş ola bilsin, payızda baş tutsun. Lakin İrəvan bu iclasda hər hansı xüsusi nəticənin əldə olunacağını proqnoz etmir.

Sərkisyan eyni zamanda Ermənistanın belə iclasların keçirilməsinə qarşı çıxmadığını bildirərək deyib: Belə müzakirələr öncədən planlaşdırılmalı və tərəflərin mövqeləri və təklifləri araşdırılmalıdır.

Ermənistan və Azərbaycan prezidentləri son dəfə 2016-cı il iyun ayında Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüşərək danışıqlar aparıblar.

İki tərəf münaqişə üçün heç bir həll yolunun olmaması üzrə razılığa gəliblər.

Jul 17, 2017 19:26 Asia/Baku
Şərhlər