• Astara-Rəşt dəmiryolu xəttinin inşası
    Astara-Rəşt dəmiryolu xəttinin inşası

Azərbaycan Respublikasının dəmiryolunda hakim "Yeni Azərbaycan" partiyasının nümayəndəsi deyib ki, İran İslam Respublikasında Astara-Rəşt dəmiryolu xəttinin inşası qatarların Bakı-Naxçıvan və əks istiqamətdə hərəkətinə səbəb olacaqdır.

Xeyrullah Himmətov Bakıda çap olunan "Xalq" qəzeti ilə müsahibədə əlavə edib: Bakı-Naxçıvan dəmiryolu xəttinin işə salınması ilə Naxçıvan ilə Bakı arasında birbaşa rels əlaqəsi yaranacaq.

O, sonra deyib: Qatarların hərəkəti həmçinin Naxçıvan sakinlərinin Bakıya səfərlərini daha da asanlaşdıracaq, eləcə də Naxçıvandan Bakıya sənaye və kənd təsərrüfatı məhsullarının köçürülməsini qısa müddət ərzində mümkün edəcəkdir.

Himmətovun sözlərinə görə, bu dəmiyolu xəttinin işə salınması ilə Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların qonşu İranın bazarlarına ixracatı üçün lazımi şərait yaranacaq.

O, deyib: Hazırda bununla bağlı Naxçıvan Muxtar Respublikasının dəmiryolu şəbəkəsində bərpa işləri davam edir.

Xeyrullah Himmətov sonra belə qeyd edib: Azərbaycan Respublikasının və İran İslam Respublikasının dəmiryolu xətlərinin qovuşması Azərbaycan Respublikası prezidentinin 2015-ci il dekabr fərmanına, eləcə də Azərbaycan Respublikası prezidentinin 2016-cı ilin fevralında İrana səfəri zamanı imzalanmış müqavilələrə əsasən, şimal-cənub beynəlxalq nəqliyyat koridorunun təkmilləşdirilməsi formasında başlanıb. Bu azəri rəsmi əlavə edib: 2016-cı ilin aprelində Azərbaycan Respublikası ərazisində başlanmış tikinti işləri tez bir zamanda başa çatıb və 16 kilometrlik relsin, eləcə də iki ölkə sərhədi boyunca Astaraçay çayı üzərində 82,5 metrlik körpünün salınması tam şəkildə icra olunubdur.

Himmətov daha sonra belə qeyd edib: Azərbaycan Respublikası və İran dəmiryolu xətlərinin qovuşması layihəsi formasında ilk sınaq qatarı cari ilin mart ayında yeni rels körpü üzərində hərəkət edərək, İran İslam Respublikası ərazisinə daxil olubdur.

Onun sözlərinə görə, hal-hazırda İran İslam Respublikası ərazisində yük terminalı və 1,4 kilometrlik dəmiryolu xəttinin inşası davam edir.

Aug 10, 2017 15:01 Asia/Baku
Şərhlər