• İran gəmisi dünyanın ikincisi olub
    İran gəmisi dünyanın ikincisi olub

İran İslam Respublikası ordusunun dəniz qoşunlarının raket atan Cövşən gəmisi Bakıda keçirilən dəniz çempionatı beynəlxalq yarışlarında ikinci yeri qazanıb.

Dəniz çempionatı adlı beynəlxalq yarışlar avqustun 1-10-da Azərbaycan, Rusiya, Qazaxıstan və İran İslam Respublikasından 300 nəfərin və 11 gəminin iştiakı ilə Bakı limanında keçirildi. Yarışlara iranın Cövşən və Peykan gəmiləri qatılmışdı. 

İRNA-nın verdiyi məlumata görə, Münsiflər heyətinin yekun qərarına görə Azərbaycan Respublikasının KR124 gəmisi və Rusiyanın Qrad Sviyajsk gəmisi hər biri 246 bal qazanaraq bu beynəlxalq yarışların qalibi olublar. İranın Cövşən raket atan gəmisi və Qazaxıstanın Sarı Arka gəmisi isə 234 və 227 bal qazanmaqla ikinci və üçüncü yerləri tutublar.

Dəniz çempionatı beynəlxalq yarışları iki hissədə dəniz və sahildə keçirilir.  

Aug 11, 2017 10:37 Asia/Baku
Şərhlər